Kosmosa uçan aktrisa evinə qayıtdı

“Ю.А. Гагарин” adlı kosmik gəmi 12 günlük kosmosdakı çəkilişdən sonra geri qayıdıb.

Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa Yuliya Peresild, rejissor Klim Şipenko, kosmonavt Oleq Noviskiy film çəkilişi üçün kosmosa yollanmışdı. Onlar bu gün Qazaxıstan istiqamətində yerə çatıblar.

Hava gəmisinin rəhbəri, kosmonavt Anton Şkaplerov isə hələ yarım il kosmosda qalacaq.

Aktyor və çəkiliş komandasını yerdə əsgərlər, vertolyotlar və digər şəxslər qarşılayıb. Həkimlər Yulya və Klimin səhhətinin qaydasında olduğunu bildiriblər.

Yuliya bildirib ki, evə qayıtmaq istəməyib, 12 gün onun üçün az müddət olub:

“Yerə çox uğurlu eniş etdik. Hər şey əla keçdi, Oleqə afərin. Kədərliyəm, əvvəl elə düşünürdük ki, 12 gün uzun vaxtdır. Amma indi gördüm ki, tez keçdi. Bu səyahətin bitməsini istəmirdim”.

Facebook Comments