Ərdoğan Afrikaya getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü gecə saatlarında Anqolaya gedib.

Sozcu.az xəbər verir ki, Ərdoğanı Anqolada xarici işlər naziri Tete Antonio və səfir Alp Ay qarşılayıb.

Onu xarici işlər naziri Mövlud Çavuşoğlu, energetika naziri Fatih Dönməz, müdafiə naziri Hulusi Akar, ticarət naziri Məhməd Muş, AKP-nin rəsmi nümayəndəsi Ömər Çelik, AKP-nin sədr müavini Əfqan Ala, Prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.

Facebook Comments