Argentinadan böyükhesablı qələbə, Braziliyadan heç-heçə

Argentina millisi DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Sozcu.az xəbər verir ki, komanda Uruqvayı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Braziliya millisi isə səfərdə Kolumbiya ilə qolsuz heç-heçə edib.

Argentina – Uruqvay – 3:0

Qollar: Messi 38, Rodriqo De Paul 44, Martines 64

Kolumbiya – Braziliya – 0:0

Braziliya 28 xalla liderdir. Argentina 22 xalla ikinci, Ekvador və Uruqvay hərəyə 16 xalla 3-4-cü, Kolumbiya isə 15 xalla 5-cidir.

Facebook Comments