Saakaşvili ilə bağlı açıqlama

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin səhhəti ilə bağlı vəziyyət hazırda qənaətbəxşdir”.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xüsusi Penitensiar Xidməti yayıb.

“KİV-də Mixail Saakaşvilinin səhhətinin pisləşməsi barədə yayılan məlumat həqiqəti əks etdirmir. O, yazılmış dərmanları qəbul edir. Hazırda onun sağlamlığı ilə bağlı vəziyyət qənaətbəxşdir və həyati göstəriciləri qaydasındadır”, – deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilir ki, Saakaşvili aclıq aksiyası elan etdiyindən tibbi heyətin daim müşahidəsi altındadır.

Qeyd edək ki, oktyabrın 10-u Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze ölkənin keçmiş Prezidentinin vəziyyətinin pisləşdiyini açıqlayıb. Həkimin sözlərinə görə, Saakaşvili danışmaqda və gəzməkdə çətinlik çəkir. Bununla yanaşı, Saakaşvilinin talassemiya xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Facebook Comments