Haaland millinin 2 oyununu buraxacaq

Norveç millisinin lideri Erlinq Haland yığmadan kənarda qalıb.

Sozcu.az xəbər verir ki, bunu Haalandın çıxış etdiyi Dortmund “Borussiya”sının baş məşqçisi Marko Roze açıqlayıb.

O, hücumçunun zədə səbəbindən yığmaya qoşula bilməyəcəyini bildirib. Forvard DÇ-2022-nin oktyabrda keçiriləcək seçmə oyunlarında iştirak etməyəcək.

Qeyd edək ki, Norveç millisi oktyabrın 8-də Türkiyə, 3 gün sonra Monteneqro ilə qarşılaşacaq.

Facebook Comments