Mahirin komandası növbəti oyununa çıxır

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Legiya” Polşa çempionatında növbəti matçına çıxacaq.

Sozcu.az xəbər verir ki, Varşava təmsilçisi 10-cu turda səfərdə Qdansk “Lexiya”sı ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Legiya” hazırda turnir cədvəlində 16 xalla 3-cü, “Lexiya” isə 9 xalla 15-ci pillədədir.

Polşa çempionatı, 10-cu tur

3 oktyabr

“Lexiya” (Qdansk) – “Legiya” (Varşava)

Baş hakim: Simon Marçinyak

“Polşat Plus Arena”

Facebook Comments