Erməni dəyirmanına su tökənlər

Rusiya Liberal Demokrat Partiyasının sədri, qatı rus milliyətçisi Vladimir Jirinovskinin İlham Əliyevə ünvanladığı məlum təhdidlərdən sonra, Keçmiş diplomat İsfəndiyar Vahabzadənin Jirinovskiyə cavabı Azərbaycan reallığını – İlham Əliyevin ətrafının kimlərdən ibarət olduğunu ortaya qoydu. Əslində prezidentin müdafiəsinə qalxmalı olan hakim komandanın üzvləri, əksinə total şəkildə İsfəndiyar Vahabzadəyə qarşı hücuma keçərək, ondan rus xalqından üzr istəməsini tələb etdilər. Bununla da, İlham Əliyevin “5-ci kalon”un əhatəsində olduğu bir daha ortaya çıxdı. Bəzən adama elə gəlir ki, İlham Əliyevin hakimiyyətdə 5 nəfər də olsun normal kadrı yoxdur, olsa idi Mikayıl Cabbarovu 50 vəzifəyə rəhbər təyin etməzdi. Nəisə, keçək mətləbə…

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələrin başladığı bir zaman da, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ məsələsindən danışdığı, İlham Əliyevin: “BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram” , cağrışını etdiyi bir gündə, Azərbaycanda Saxta ittihama görə prokuror məhkəmədən Niyaməddin Əhmədova 15 il azadlıqdan mərhum etmə cəzası istəyib. BMT Baş Assambleyasının iclası gedə-gedə, yenə də müxalifətçi siyasi məhbus Əlizamin Salayevə həbsxanada işcəncə verilib.

Bu gün Azərbaycanın ən taleyüklü məsələsi Qarabağ problemi – ərazi bütövlüyümüzün təmin olunması məsələsidir. Qarabağla bağlı gərgin bir dövrün başladığı bir zamanda, Niyaməddin Əhmədova 15 il cəzanın istənilməsi, həbsxanada olan siyasi məhbus Əlzamin Salayevə işgəncələrin verilməsi Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən hədəfə gətirilməsinə çalışmaq deyilmi? Bunu edənlər nə etdiklərinin, bu qanunsuz əməlləri ilə əslində İlham Əliyevi çətin bir duruma saldıqalrının fərqində deyillərmi? Əlbət də fərqindədirlər…

Ağlı başında olan hər kəs bilir ki, Qarbağ məsələsi tək silah gücünə həll olunan məsələ deyil. Qarabağ məsləsində tərəfə çevrilən, bizim üçün haqlı sahib Azərbaycanın və dünya üçün münaqişə tərəfi olan Ermənistanın demokratik durumu, insan haqlarına münasibəti Qarabağa münasibəti formalaşdıran ən ciddi məslələrdən biridir.

Məsələyə başqasının gözü ilə baxaq: Öz vətəndaşlarını saxta ittihamla həbs edən, həbsxanada olanlara işgəncə verdirən bir dövlətin başçısının “Dağlıq Qarabağ erməniləri bizim vətəndaşlarımızdır” , – deyib, Qarabağ ermənilərinin Azərbaycanın vətəndaşı olmasına səsləməsinə kim etimad göstərər? Sən öz vətəndaşına bu münasibəti sərgiləyirsən, sonra da Qarabağ ermənilərinə rahat vətəndaşlıq vəd edirsən. Deməzlər ki, budur sənin vətəndaşa münasibətin?

Niyaməddin Əhmədova saxta ittihamlarla 15 il həbs cəzası istəyənlərin, Əlzamin Salayevə işgəncə verənlərin sahibləri çox gözəl bilirlər ki, Qarabağ məsələsində ən böyük “Dron”da, ən güclü “Harop”da demokratiya, hüquq, dövlətin vətəndaşına münasibətidir. Ona görə də, Azərbaycanın ən güclü silahı olan hüququ ayaq altına salanlar hakimiyyətin yuxarı başında oturan erməni dəyirmanına su tökənlərdir. İlham Əliyev Qarabağı azad görmək istəyirsə, ilk növbədə erməni dəyirmanına gedən suyu kəsməli, gec də olsa Azərbaycanda hüququn aliliyini təmin etməlidir.

Elşən Əlisoy, Sozcu.az saytının rəhbəri 

Facebook Comments