Prokurorluq mina partlayışı ilə bağlı məlumat yaydı

21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman Körpü-Bina-Tikinti MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu barədə Sozcu.az-a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook Comments