AB Ağ evdən izahat istədi: Niyyətin nədir?

Avropa Birliyi Fransa və Avstraliya arasında bağlanmış sualtı qayıqlarla bağlı müqavilənin sonlandırılmasına görə ABŞ-dan izahat tələb edib.

Sozcu.az xəbər verir ki, bunu Avropa Şurasının sədri Şarl Mişel deyib.

“AUKUS-un yaradılması Vaşinqton tərəfindən Avropadakı müttəfiqlərinə qarşı loyallığın olmaması anlamına gəlir. ABŞ-dan izahat tələb etməklə Vaşinqtonun dərin niyyətini başa düşmək istəyirik”, – Mişel bildirib.

Facebook Comments