Türkiyə və AB Krımdakı seçkiləri tanımadı

Ankara Krımda Rusiya Dövlət Dumasına keçirilən seçkinin nəticələrini tanımır.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Rəsmi Ankara bu seçkinin hüquqi qüvvəsinin olmadığını bildirib.

Bəyanatda Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub.

Analoji bəyanatı AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell də yayıb. Bildirilib ki, AB Krımın və Sevastopol şəhərinin qanunsuz ilhaqını və bu səbəbdən işğal altındakı Krım yarımadasında keçirilən qondarma seçkiləri tanımır.

“Rusiyanın Ukraynadakı Donetsk və Luqansk bölgələrinin hökumət tərəfindən nəzarət edilməyən hissələrini seçkilərə daxil etmə qərarı Minsk razılaşmalarının məqsədlərinə ziddir. AB Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edir”, – deyə Borrell bildirib.

Facebook Comments