ATƏT PA-nın xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək

ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen Azərbaycana səfər edəcək.

Sozcu.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, sentyabrın 18-19-da Gürcüstanda səfərdə olan xüsusi nümayəndə regiona dönmək niyyətindədir: “Kari Henriksen Ermənistan və Azərbaycana səfər edəcək, müvafiq daxili məsələləri və daha geniş regional çağırışları müzakirə edəcək”.Report

Facebook Comments