Ölümündən bir neçə gün sonra cəsədi tapıldı

Rusiyanın məşhur aktyoru İqor Buçko vəfat edib.

Sozcu.az rus mediasına istinadən xəbər verir ki, onun cəsədini qonşuları evindən tapıb. Qonşular günlərlə görmədikləri İqorun evindən pis qoxu gəldiyini görüb, polisə xəbər veriblər.

Həmin ərəfədə onun həyat yoldaşı şəhərdən kənarda olub. Onun ölümünün səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, aktyor “Человек-невидимка”, “У опасной черты”, “Служебный роман” kimi filmlərdə rol alıb.

Facebook Comments