Kəlbəcərin müəmmaya çevrilən 23 kəndi

Sozcu.az saytının rəhbəri Elşən Əlisoy özünün feysbuk səhifəsində keçmiş Ağdərə rayonundan Kəlbəcərin inzibati tərkibinə verilmiş 23 kəndin taleyi ilə bağlı maraqlı yazı paylaşıb.

Həmin yazını olduğu kimi təqdim edirik:

Ağdərənin rayon statusu özünə qaytarılıb?

Kəlbəcərin bərpa planı hazırdır. Bu plana əsasən 124 kənddən yalnız 56-sı yenidən qurulacaq. Maraqlı budur ki, bərpa planında keçmiş Ağdərə rayonundan Kəlbəcərin inzibati tərkibinə verilmiş 23 kəndin adı yoxdur. Həmin 23 kənd hansı statusla kənarda qalıb və yaxud həmin 23 kənd hazırda haranın inzibati tərkibinə daxil olub?

Həmin 23 kəndin Kəlbəcərin bərpa planından kənarda qalması o deməkdir ki, Azərbaycan hakimiyyəti Ağdərənin rayon statusunu geri qaytarıb, bizim xəbərimiz yoxdur və yaxud Ağdərənin hansı statusda olması və kimə məxsus olması ermənilərin öhdəsinə buraxılıb.

Xatırladım ki, 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonunu ləğv edilərək, ərazisi Dağlıq Qarabağ ətrafındakı üç rayon – Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb.

Facebook Comments