Türkiyənin Qafqazdakı rolu… – Amerikalı politoloq

Türkiyə dünyanın bir çox bölgəsində vacib rola malikdir.

Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın Prinkton Universitetinin professoru, siyasi şərhçi Maykl Reynolds deyib.

O bildirib ki, Türkiyənin çoxtərəfli və ya çoxqütblü qlobal sistem baxımından daha da əhəmiyyətli ölkə olacağına şübhə yoxdur:

“Çünki bu ölkə həssas coğrafiyada yer alır: Balkan yarımadasının bir hissəsi, Avropa, Qara dəniz bölgəsi, Qafqaz və Yaxın Şərq. Bu da Türkiyəni hər zaman vacib bir faktora çevirir. Bütün bunlar son 10 ildə sabitlik üçün bir çox təhdidlə üzləşən bölgələrdir. Məncə, coğrafi mövqeyi ilə yanaşı, Türkiyəni önəmli edən bütün bu bölgələrlə mədəni əlaqələrinin olmasıdır. İstər Avropa olsun, istər Qafqaz, istərsə də Avrasiya – Türkiyə bu bölgələrin heç birinə yad deyil”.

Facebook Comments