Hava şəraiti: şimal-qərb küləyi, yağıntı…

Artıq gecə saatlarından paytaxt ərazisində hava şəratinin dəyişildiyi müşahidə olunur. Bu gün də gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Axşam saatalarında tədricən mülayimləşəcək.

Bunu Sozcu.az-a ETSN-nin Hitrometeoroloji proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib.

“Havanın temperaturu 25-26 dərəcədən yüksək olmayacaq. Bölgələrdə də hava şəraiti yağıntılı olacaq. Bəzi yerlərdə şimşək çaxacaq. Ara-bir yağış yağacaq. Əsasən şimal və qərb rayonlarında yağıntının intensiv xarakter alacağı istisna olunmur. Lakin bu, qısamüddətli olacaq. Artıq sentyabrın 18-dən hava şəraitinin mülayimləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Paytaxtda sabah mülayim şimal küləyi əsəcək”.

Facebook Comments