AB ABŞ-a qarşı “cavab tədbiri” hazırlayır

ABŞ, Avstraliya və Britaniyanın yeni müdafiə alyansına cavab olaraq, Avropa Birliyi Hind-Sakit okean regionunda öz mövcudluğunu genişləndirəcək.

Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib. Onun sözlərinə görə, AUKUS alyansının yaradılması zamanı üç ölkədən heç biri AB ilə məsləhətləşməyib.

Borrell bu faktın AB-nin strateji müstəqilliyinin gücləndirilməsini daha vacib etdiyini bir daha üzə çıxardığını bildirib.

Facebook Comments