Ermənistan İrandan yeni yola 1 milyard ayırmaq istəyir

Ermənistan hökuməti Şimal-Cənub layihəsi çərçivəsində Zəngəzur vilayətindəki Qacaran-Qarakilsə trasının tikintisinə 1 milyard dollar investisiya qoymaq niyyətindədir.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib. Onun sözlərinə görə, yeni yol Gorus-Qafan şosesindən yan keçəcək.

O, Azərbaycan-Ermənistan sərhədində yaranan situasiyanın ölkənin iqtisadiyyatı, ticarəti və turizminə ciddi zərər vurduğunu bildirib.

Facebook Comments