Azərbaycanın neft-qaz sektoruna bu il 3,6 mlrd. manatdan çox sərmayə yatırılıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın neft-qaz sektoruna 3 622 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 6,9% azdır.

Dövlət Statistika Komitəsindən Sozcu.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 3 891,4 mln. manat təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.

Facebook Comments