Bu oyun ÇL-in tarixinə düşdü

Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Sevilya” (İspaniya) – “Zalsburq” (Avstriya) matçı turnirin tarixinə düşüb.

Sozcu.az xəbər verir ki, görüşün ilk hissəsində Belarusdan olan baş hakim Aleksey Kulbakov dörd penalti təyin edib. Meydan sahibləri 1, qonaqlar isə 3 dəfə 11 metrlik cərimə zərbəsini yerinə yetirib. “Sevilya” yeganə penaltini qola çeviribsə, “Zalsburq” 3 penaltidən yalnız birindən yararlana bilib.

Beləliklə, ÇL tarixində ilk dəfə görüşün ilk hissəsində qapılara 4 penalti təyin edilib.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.

Facebook Comments