Hərbi Prokurorluq: “Ermənistanın Azərbaycana qarşı cinayətlərinin təşkilatçıları və icraçıları müəyyənləşdirilib”

“Hərbi qurumlarda korrupsiya hüquqpozmaları ilə mübarizə aparılması, zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi hərbi prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir”.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib.

“Təcavüzkar Ermənistanın işğalçı silahlı qüvvələri və hərbi caniləri tərəfindən son onilliklər ərzində Azərbaycan Respublikasına qarşı törədilmiş məlum sülh və insanlıq əleyhinə və sair kateqoriya cinayətlərin ibtidai istintaqının aparılması, cinayətlərin törədilmə mexanizminin bütün elementlərinin, zərərçəkmiş şəxslərin, onlara vurulan ziyanın, cinayətkarların təşkilatçı və icraçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün kompleks əməliyyat-istintaq hərəkətlərinin təşkili və icra edilməsi hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini vicdanlı və layiqincə icra etmələri, fədəkar əməyi nəticəsində mümkün olub”, – o vurğulayıb.

Facebook Comments