“Prezidentin tikdirdiyi evi satmaq məcburiyyətindəyəm” – Ağsulu sahibkar

2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Zeynal Nagdəliyevin rəhbərliyi ilə Ağsu rayon dolaylarında yerləşən kafe və restoranların yeni standartlara uyğun olmamasını əsas gətirərək sökülməsinə başlanıldı. Halbuki, 2020-ci ilin həmin ayları – aprel və may ayları ölkə boyu karantin elan edilmişdir və insanlar evdən çölə ancaq SMS vasitəsi ilə çıxa bilirdilər.

Sahibkarların etirazlarına baxmayaraq, Ağsu dolaylarına yerləşən iaşə obyektləri söküldü və yenidən tikilməsi üçün sahibkarlara ən azı 100 min manat dəyərində tikinti layihəsi təqdim olunaraq, qısa bir zamanda obyektərinin tikilməsi göstərişi verildi. tələbdə bildirilirdi ki, qısa müddət ərzində hansı sahibkar dövlət layihəsi əsasında tikintini tikməsə ərazi əlindən alınacaq.

İllərdir ki, işlədikləri yerin əldən çıxmaması üçün sahibkarlar külli miqdarda borca düşərək dövlət layihəsi əsasında obyektərini tikib hazır etdilər. Layihənin adı dövlət layihəsi olsa da, sahibkarlara heç bir köməklik olunmadı. Halbu ki, söküntüyə başlayarkən, Zeynal Nagdəliyev və Ağsu rayon İcra Hakimiyyətinin başçısı mərhum Vahid Tağıyev tikinti bitdikdən sonra iaşə obyektlərinin sənədlə və işıqla təmin olunacağına söz versələr də, hazırda sahibkarlar nə obyektlərinin sənədlərini əldə edə bilirlər, nə də obyektərə işıq çəkdirə bilirlər. Sahibkarların müraciətlərinə və şikayətlərinə baxan isə yoxdur. Baxmayaraq ki, yüksək gərginlikli işıq xətti yaxınlıqdan keçir, buna baxmayaraq 10 – a yaxın obeyktin işığı yoxdur. Hazırda sahibkarlar dövlət layihəsi əsasında tikdirdikləri kafe və restortanları işıq motoru ilə işlətməyə məcbur olublar.

Qənbərov Tərlan Rafiq oğlu obyekti sökülən sahibkarlardan biridir. Məmur süründürməçiliyindən bezən sahibkar dövlət başçısına müraciət edərək, problemlərinə kömək edilməsini xahiş edir.

Facebook Comments