Türk qırıcıları İzmir səmasında şou göstərdi – Video

Türkiyənin “SoloTürk” qırıcılar qrupunun İzmir üzərindəki nümayiş uçuşunun təyyarədən çəkilmiş görüntüləri yayımlanıb.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Hərbi Hava Qüvvələrimizin “SoloTürk” qırıcılar qrupunun İzmir səmalarında nəfəs kəsən uçuşu… İzmirin işğaldan azad edilməsinin 99-cu ildönümünü qeyd edirik və başda Qazi Mustafa Kamal Atatürk olmaqla, bütün qəhrəmanlarımızı anırıq”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, “SoloTürk” qırıcı qrupu 2011-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin 100 illiyi münasibətilə yaradılıb.

Facebook Comments