FTB 11 sentyabrla bağlı gizli sənəd yaydı

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ölkə prezidenti Co Baydenin fərmanı çərçivəsində 11 sentyabr 2001-ci il terror hücumlarına dair sənədlərin birinci hissəsini yayımlayıb.

Sozcu.az xəbər verir ki, sənəd FTB-nin saytında yerləşdirilib.

Məxfilikdən çıxarılmış sənəd 2016-cı ilə aiddir.

16 səhifədən ibarət olan sənəd Səudiyyə Ərəbistanının Los -Ancelesdəki konsulluğunda işləyən, daha sonra Amerika vətəndaşlığı almaq istəyən bir şəxsin ifadəsinə əsaslanır. Mənbənin adı məxfilik səbəbindən silinib.

Hesabat 11 sentyabr 2001-ci ildə sərnişin təyyarələrinin qaçırılmasında iştirak edən terrorçulara əhəmiyyətli maddi -texniki dəstək verə biləcək insanlarla bu şəxsin təmaslarına aiddir.

Facebook Comments