“Atletiko”nun prezidenti Enrike Kerezo PSJ-nin futbolçusu Kilian Mbappenin “Real”a keçməsi ehtimalından danışıb.
Sozcu.az xəbər verir ki, o, “Diario Sport”a açıqlamasında deyib:
“Mbappenin “Real”a keçməsini istəyirəm. Çünki İspaniya çempionatı üçün bu, əla və gözəl olardı. “Real”ın da belə oyunçuya ehtiyacı var”.
Qeyd edək ki, Madrid təmsilçisi 24 yaşlı hücumçu üçün dəfələrlə PSJ-yə təklif göndərib. Lakin qarşı tərəf bunu qəbul etməyib.
Facebook Comments