Göyçayda 16 yaşlı oğlan 53 yaşlı kişini qətlə yetirib

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sozcu.az-ın xəbərinə görə, Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Babazadə İsmayıl Müşviq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Göyçay şəhəri sakini, 1968-ci il təvəllüdlü Əliyev Əli Əlibala oğlunu bıçaqlayıb. Ürək, qara ciyər və çənə nahiyəsindən 3 bıçaq xəsarəti alan Əli Əliyev Göyçay Mərkəzi rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Əliyev xəstəxanada ölüb.

Hadisəni törədən İsmayıl Babazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.apa

Facebook Comments