Türkiyənin ticarət naziri Azərbaycana gəldi

Türkiyənin ticarət naziri Məhməd Muş Azərbaycana səfərə gəlib.

Sozcu.az xəbər verir ki, səfərdə məqsəd Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin Bakıda keçirilən 10-cu görüşündə iştirak etməkdir.

M.Muş tədbir çərçivəsində “Qarabağın quruculuğu və inkişafı” mövzusunda foruma da qatılacaq.

Türkiyənin ticarət nazirinin Azərbaycan rəhbərliyi ilə ikitərfli görüşləri də planlaşdırılır.

Facebook Comments