Azərbaycanda cəmi depozit bazasının həcmi bu il 11% artıb

Bu ilin avqustun 1-nə Azərbaycandakı kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 24,927 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 10,6% çoxdur.

Sozcu.az-ın Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, aylıq müqayisədə depozitlərin həcmi 3,2%, ilin əvvəlindən isə 5,3% artıb.

Yerləşdirilmiş depozitlərin 52,6%-i xarici valyutada olub, dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması sonuncu dəfə 2014-cü ilin dekabrında olub (49,9%).

Facebook Comments