Xankəndi erməniləri Şuşa postunda hərbçilərimizə yalvardı: “Bizi vətəndaşlığa qəbul edin, ac qalmışıq” – Video

Azərbaycanın Xankəndi şəhərində yaşayan bir qrup erməni əhali iş üçün Şuşadakı Azərbaycan hərbçilərinə müraciət ediblər.

Sozcu.az xəbər verir ki, ermənilər Rusiya sülhməramlı hərbiçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığı qəbul etməyə hazır olduqlarını bildiriblər.

Daha sonra ermənilər Azərbaycan dövlətindən iş istəyiblər.

“Biz çox bərbad vəziyyətdə yaşayırıq, Xankəndində iş, çörək yoxdur, ac qalmışıq. Azərbaycan dövlətindən xahiş edirik ki, bizi vətəndaşlığına qəbul edib iş versin. Xankəndi əhalisinin əksəriyyəti Azərbaycan dövlətinin Qarabağda apardığı yenidənqurma işlərinə dəstək verməyə hazırdır, biz burada fəhlə də işləməyə hazırıq, yetər ki, bizə iş verin”, – deyə ermənilər Azərbaycan hərbiçilərindən xahiş ediblər.

Azərbaycan hərbçiləri isə ermənilərin xahişlərini lazımı dövlət qurumlarına çatdıracaqlarına söz veriblər.

Daha sonra sözügedən ermənilər Rusiya sülhməramlılarının müşayiətilə Xankəndiyə geri qayıdıblar.

Facebook Comments