Tahir Kərimli: “Mənə heç bir təzyiq yoxdur”

“Liftə minməkdən imtina edənlərin kim olduğunu Milli Məclisin rəhbərliyinə daxil olanlarlardan da bilənlər var. Yəni dəqiq deyirəm ki, həmin şəxs deputat Novruzəli Aslanov deyil. Ümumiyyətlə, məlum məsələ ilə bağlı mənə qarşı heç bir təzyiq yoxdur”.

Sozcu.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli sosial şəbəkələrdə müzakirələrə səbəb olan məsələyə aydınlıq gətirərkən deyib.

Deputatın sözlərinə görə, Milli Məclisdə hər yerdə, elə liftlərin qarşısında da kamera müşahidəsi aparılır: “Liftə minməkdən imtina edənlər başqaları olub. Həmin dövrdə də mənim, eyni zamanda qardaşımın da uşaqlıq dostu olan Rəhmanın oğlunun Ağsuda toyu idi. Sadəcə, mövzular təsadüfən üst-üstə düşüb. Bu məsələ ilə bağlı, açığı, Novruzəli Aslanovdan da utanıb çəkinirəm, çünki biz uzun illərdir bir-birimizi tanıyırıq, parlamentdə eyni bölgəni təmsil edirik. Sosial şəbəkələr sanki bizi savaşdırır”.

Xatırladaq ki, bir müddətdir ki, deputat Novruzəli Aslanovun həmkarı Tahir Kərimli ilə eyni liftdə getmək istəməməsi və onu övladının toyuna dəvət etməməsi barədə sosial mediada müzakirələr aparılır.

Facebook Comments