Talibanın böyük gücə sahib olacağını bilirdik – Bayden

Biz Talibanın böyük gücə sahib olacağını bilirdik. Amma bilmirdik ki, Taliban insanların ölkəni tərk etməməsi üçün nələr edəcək.

Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden “ABC Nyus”a verdiyi xüsusi müsahibəsində deyib.

Bayden qoşunlarını Əfqanıstandan çıxararkən xaosun qarşısını necə alacağını bilmədiyini, bunun heç bir yolu olmadığını açıqlayıb:

“Taliban hazırda ABŞ vətəndaşlarının təxliyəsi ilə bağlı bizimlə əməkdaşlıq edir, ancaq ABŞ üçün çalışan əfqan personalının ölkədən çıxmasında çətinliklər var. Kabil hava limanında xaos görüntülərindən sonra düşündüyüm ilk şey bu işi nəzarətə götürməyimiz idi. Daha sürətli hərəkət etməli və hava limanına nəzarəti ələ almalıydıq. Və biz bunu etdik”.

Facebook Comments