“Yardımlıda narkomaniyanın vüsət almasından təlaş keçiririk” – Vilayət Eyvazova müraciət

Azərbaycan Respublikası Daxili İşlər naziri, General- polkovnik, cənab Vilayət Eyvazova açıq məktub

Hörmətli Vilayət müəllim, Yardımlı ictimaiyyətini təmsil edən İctimai Birliyin sədri kimi, Sizi narahat etməyimizin səbəbi bu gün rayonumuzda narkomaniyanın vüsət aldığından təlaş keçirməyimizdir.

Təsəvvür edin ki, bu bəla artıq həddi-buluğa çatmayanların da arasına ayaq açıb. Rayonda bunun satışı ilə məşğul olan bir sıra cinayətkar ünsürlər ciddi müqavimət görmədiklərindən müştərilərinin sayını artırmaqda davam edirlər. Bu isə sağlam düşüncəli Yardımlı ictimaiyyətini çox narahat edir. Rayonumuzda narkomaniya əleyhinə bir sıra addımlar atılsa da yetərincə deyil. Narkoticarətçilər hələ də rahat şəkildə öz alverlərini davam etdirirlər.

Cənab nazir, problemin nə qədər ciddi olduğunu anlayaraq, Sizdən xahiş edirik ki, rayon ərazisində narkoticarətlə məşğul olan cinayətkarların ictimaiyyətdən təcrid olunması- layiqli cəzalarını almaları istiqamətində rayon Polis şöbəsinə münasibət bildirəsiniz.

Hörmətlə, “Yardımlı Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin sədri: Elman Eldaroğlu

Facebook Comments