“Jirinovski əl tulasıdır və zəncirini kim hara dartırsa, ora hürür…”

Bu gün mürəkkəb bir vəziyyət yaradıblar. Qarabağdakı ərazi məsələsini artıq din məsələsinə yönləndirdilər. İndi çox çətin bir vəziyyət yaranıb, Allah kərimdi, Allah millətimizi qorusun. Ermənilər müharibəyə can atırlar, amma hələ bilmirlər ki, bu dəfə cavab daha da ağır olacaq. Paşinyan da kürsüsünü möhkəmlətmək istəyir”

Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq şairi Vahid Əziz deyib. V.Əziz bir neçə gündür ki, mətbuatda gündəm olan İsfəndiyar Vahabzadə və Vladimir Jirinovski mübahisəsinə də toxunub:

“İsfəndiyar Vahabzadə vətənpərvərlik edib, sözünü deyib, amma gərək rus xalqını təhqir etməyəydi. Jirinoviskiylə bağlı nə deyibsə, yaxşı eləyib, hələ az deyib. Bu haqda mən də sözümü demişəm. Amma rus xalqını təhqir etmək düzgün deyil. Düzdü, Jirinoviski çıxışıyla öz səviyyəsizliyini göstərmişdi. Amma İ.Vahabzadə desəydi ki, mən Jirinoviskinin səviyyəsinə enib rus xalqı haqqında nalayiq söz demək istəmirəm, bu daha yaxşı olardı. Jirinovski əl tulasıdır və zəncirini kim hara dartırsa, ora hürür. İkinci bir məsələ odur ki, Rus Pravoslav Kilsəsi Cəmiyyətinin müraciətinə baxdım və onlar təbii ki, rus xalqı haqqında deyilənlərə etiraz edirlər. Yaxşı olardı ki, Jirinovski də o sözləri deyəndə etiraz edərdilər. Bizim yaşadığımız ərazidə xalqımıza niyə bu təhqirləri deyirsən?!”.

Facebook Comments