KTMT Baş katibinin İrəvanda “səsi batdı” – Arşakyan

KTMT Baş katibi Stanislav Zasın Ermənistana səfəri başa çatdı. İrəvanın son vaxtlar ən çox gözlədiyi, ümidlər bəslədiyi səfər də tarixdə qaldı. Lakin biz bu hərbi-siyasi blokun mövqeyində heç bir aydınlıq görmədik. Guya Zas Ermənistana dəstək üçün gəlmişdi, amma səfər bitdikdən sonra erməni xalqının Putinin bu ittifaqına və şəxsən onun baş katibinə daha çox sualları meydana çıxdı.

Sozcu.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Tevos Arşakyan yazıb.

“KTMT Baş katibi Stanislav Zas İrəvanda ona məruzə olunan bütün problemlərdən xəbərdər olduğu halda Bakıya bir dənə də olsun, xəbərdarlıq etmək istəmədi. Ümumiyyətlə, o, Ermənistanda bir dənə də bəyanat səsləndirmədi. Təəssüf ki, yaxın perspektivdə KTMT tərəfindən Ermənistana münasibətin dəyişməsini gözləmək axmaqlıq olardı”, – deyə erməni ekspert qeyd edib.

Facebook Comments