“Əxlaqsızlıq, mənəviyyatsızlıq, ana öldürmək, ata başı kəsmək axır zamanın əlamətləridir…”

Xəbər verdiyimiz kimi müğənni Akif İslamzadənin 73 yaşı tamam olub.

Müğənni Moderator.az-a açıqlamasında öz təəssüratlarını bölüşüb:

“Düzdü, Rasim Balayevlə eyni ildə, gündə doğulmuşuq. Doğum günüm də adi günlərdən biri idi. Bunu da adi bir gün kimi qeyd edirəm. Üç-beş nəfər yaxın adamlar olur yanımda. Mən belə şeyləri təmtəraqlı qeyd etmirəm, belə şeylər kişi üçün yox, qadınlar üçündür”.

Müğənni qardaş ölkədəki yanğın hadisələrinə və cəmiyyətimizdə baş verən qətl hadisələrinə də toxunub. Onun fikrincə, bu axır zamanın əlamətləridir:

“Hər şeydən narahatıq. Axır zamanın əlamətlərindən biri də təbii fəlakətlərin, qətl hadisələrinin çoxalmasıdır. Axır zaman deyəndə bundan məlumatlı olanlar başa düşürlər. Amma elələri var elə bilir ki, qiyamət gününü deyirəm. Mən kiməm ki, qiymət gününün vaxtını biləm. Əxlaqsızlıq, mənəviyyatsızlıq, ana öldürmək, ata başı kəsmək axır zamanın əlamətləridir. Biz axır zamanda yaşayırıq. Peyğəmbərimizin də adlarından biri Axır zamandır”.

Qeyd edək ki, müğənni Akif İslamzadə 8 avqust 1948-ci ildə Bakıda müğənni Sara Qədimovanın ailəsində anadan olub. Dünən Akif İslamzadənin 73 yaşı tamam olub.

Facebook Comments