“Belə şərəfsizlik, belə qanunsuzluq olar, niyə xalqın əsəbləriylə oynayırlar?”

200 kişi, Azərbaycan vətəndaşı. Bakı Heydər Əliyev Hava limanında 10 saata yaxındır oturub Minvoda uçmaq üçün təyyarə gözləyirlər.

Bir o qədər insan da o başda Bakıya uçmaq üçün Təyyarə meydanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu yubanmanın, məsuliyyətsizıliyin, xalqa sayqısızlığın səbəbini izah edən yoxdur. Belə şərəfsizlik, belə qanunsuzluq olar? Niyə xalqın əsəbləriylə oynayırlar?

Sabir Rüstəmxanlı, Millət vəkili

Facebook Comments