Erməni parlamenti boğuşur, bizim karvanın yolu Xankəndinə doğru olmalıdır…

Robert Koçaryanın liderliyi ilə parlamentə düşmüş “Ayastan” müxalif fraksiyasının əsas vəzifəsi Paşinyanı qıcıqlandırmaq, onu real olmayan işlərə, hərəkətlərə sövq etməkdir. Koçaryanın parlamentdəki dəstəsinin əsas fəaliyyət istiaqmətinin hakim fraksiya ilə qarşıdurma yaratmağı seçkilərdən həmən sonra proqnozlaşdırılmışdı. Proses başalayıb deyə bilərik və Koçaryanın adamları ilk gündən Qarabağ mövzusunu əllərində bayraq ediblər. Paşinyanın, ümumiyyətlə isə, Ermənistanın və bütün ermənilərin zəif və yaralı yeri olan Qarabağ məsələsini Koçaryanın adamları ortaya atmaqla aranı qızışdırmaq xətti götürüblər. Qarabağ komissiyasını yarada bilməyəndən sonra “biz sizə Qarabağı etibar edə bilmərik, bir dəfə etdik, gördük nələr oldu”-deyən deputat Artur Kazinyan hakim partiyanın nümayəndələrinə deyib ki, qoy Paşinyan bir dəfə də olsa Xankəndinə getsin. Maşınla getməyi məsləhət görən deputat, Paşinyanın yenidən “Qarabağ Ermənistandır, nöqtə” şüarını da mütləq səsləndirməyi xüsusi olaraq vurğulayıb.

Paşinyanı real olmayan addımlar atmağa çağıranların əsas məqsədi odur ki, Paşinyan qınağa dolub Qarabağa gəlsin və… Və orda yerli əhali onu daşa bassın.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan belə bir sərsəm hərəkət etmək fikrinə düşərsə, onun yolunu ilk növbədə Azərbaycan kəsməlidir və kəsəcək də. Silahlı Qüvvələrimizin: “Paşinyanın təhlükəsizliyinə təminat vermirik” – bəyanatı kifayət edir ki, məsələyə nöqtə qoysun.

Ermənilər hələ çox fitnəkarlıqlara əl atacaqlar. Avqusun 4-də və 5-də İrəvanda olan Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş üzrə komitəsinin sədri, ermənilərin yaxın dostu, bizə də yaxşı məlum olan Konstantin Zatulin Paşinyanla yox, Koçaryanla, Arkadi Qukasyanla və digər separatçı liderlərlə görüşüb. Məhz bu görüşün nəticəsidir ki, parlamentin 6 avqust iclasında Koçaryanın adamları məhz bu cür təxribatçı çıxışlar ediblər.
Bunların bir-biri ilə boğuşması hələ təzə başalayıb. Belələri boğuşanda biz öz karvanımızı sürməliyik. Karvanın istiqaməti Xankəndinə tərəf olmalıdır!Moderator.az

Facebook Comments