Paşinyana qarşı terakt hazırlığı: jurnalistlərin parlamentə girişi məhdudlaşdırıldı…

“Hökumətdə Milli Təhlükəsizlik Xidmətinin Nikol Paşinyana qarşı terror aktının hazırlanması barədə məlumat aldığı haqda şayiələr dolaşır…”

2020-ci ilin sentyabr ayından, demək olar ki, Qarabağda 44 günlük savaş başlayandan etibarən qəsbkar Ermənistanın xalq məclisinin rəhbərliyi jurnalistlərin parlamentə girişini ciddi şəkildə məhdudlaşdırıb. Lakin son günlər məhdudiyyətlər daha da ciddiləşdirilib.

Sozcu.az xəbər verir ki, bu haqda bu gün səhər saatlarında işğalçı ölkənin “Qraparak” nəşri məlumat yayıb.

“Parlametin girişində jurnalistlərə sərbəst hərəkət edə və heç kimdən müsahibə ala bilməmələri üçün xüsusi bir otaq ayrılıb. Bütün bunlara əlavə olaraq digər təhlükəsizlik tədbirləri də nəzərdə tutulub. Xüsusən salonun giriş foyesi hər iki tərəfdən şüşələnəcək, keçid məntəqələri quraşdırılacaq və deputatlara həmin qapılardan zala daxil ola bilmələri üçün xüsusi “çiplər” veriləcək” –məlumatda belə deyilir.

“Bu fövqəladə tədbirlərin izahına gəlincə, hökumətdə Milli Təhlükəsizlik Xidmətinin Nikol Paşinyana qarşı terror aktının hazırlanması barədə məlumat aldığı haqda şayiələr dolaşır və sözügedən tədbirlər bunun qarşısını almaq məqsədi daşıyır”- deyə erməni nəşri sonda yazır.

Xatırladaq ki, 10 Noyabr razılaşmasından bir neçə gün sonra Ermənistanın Milli Təhlükəsizlik Xidməti baş nazir Nikol Paşinyana qarşı siyasi rəqibləri tərəfindən təşkil olunmuş sui-qəsd cəhdinin qarşısı alınması haqda rəsmi məlumat yaymışdı. Bu ilin fevralında isə N. Paşinyanın hərəkətdə olan kortecinə silahlı hücüm olması haqda sosial şəbəkə və mediada təsdiqlənməyən şayiələr yer almışdı.

Facebook Comments