Livanın köməyə və dəstəyə ehtiyacı var – Aun

Livan çox çətin günlər yaşayır. Görünməmiş yoxsulluq, COVİD-19 pandemiyası və dərman tədarükündə ciddi çatışmazlıqlar var.

Sozcu.az xəbər verir ki, bu sözləri Livan Prezidenti Mişel Aun deyib.

“Bundan başqa, suriyalı qaçqınların yükü var. Üstəlik, ətrafımızdakı blokada Livanı həyati əhəmiyyətindən məhrum edir. Bu səbəbdən artıq regional və ya böyük həllər gözləyə bilmərik. Livanın əsas ehtiyaclarının müəyyən edilməsi üçün beynəlxalq birliyin hər cür köməyinə və dəstəyinə ehtiyacı var. Xalqımızın xüsusilə humanitar, sosial və sağlamlıq sahələrində böyük yardıma ehtiyacı var”, – deyə Aun bildirib.

Facebook Comments