Fransa da geri çəkildi, yardım edə bilməyəcək

Fransa Türkiyəyə meşə yanğınları ilə mübarizədə yardım göstərə bilməyəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

O qeyd edib ki, Prezident Emmanuel Makronun müşaviri İspaniya bölgəsində baş verən yanğından dolayı təyyarə göndərə bilməyəcəklərini söyləyib.

Çavuşoğlu AB və ABŞ-a da meşə yanğınları ilə bağlı təyyarə göndərə bilməmələrinin səbəbini izah etdikləri üçün təşəkkür edib.

Qeyd edək ki, ötən gün Yunanıstan da rəsmi səviyyədə yardım təklif etmiş, lakin ölkədəki yanğından dolayı təklifi geri çəkmişdi.

Facebook Comments