Muğla səhəri zəlzələ ilə açdı

Türkiyənin Muğla şəhərinin Datça rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə AFAD rəsmi Tvitter səhifəsində məlumat yayıb.

Bildirilib ki, bu gün Muğla şəhərində Türkiyə saatı ilə 09:00-da (Bakı vaxtı ilə 10:00) növbəti dəfə zəlzələ baş verib.

Yeraltı təkan 7.04 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələnin episentrindən Datçaya qədər olan məsafə 48.17 kilometr olub

Facebook Comments