“Yanan ərazilərimizdə otel, villa istəmirik”

Türkiyədə davam edən meşə yanğınlarında məşhurları narahat edən digər məsələ isə həmin ərazilərdə gələcəkdə otel, restoran kimi obyektlərin tikilmə ehtimalıdır.

Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, müğənni Kənan Doğulu “İndiyə qədər meşə yanğınlarından sonra tikilən yerlərdən səhnəyə çıxmağım üçün gələn təklifləri rədd etdiyim kimi, bundan sonra da qəbul etməyəcəyəm” paylaşımını edib.

Murad Boz isə “Gələcəkdə yanan meşələrimizin yerində otel, villa tikilməsini istəmirik. Yenidən ağaclarımızın əkilməsini və orada canlıları görmək istəyirik” yazıb.

Aktrisa Burcu Biricik həmin ərazidə tikilən heç bir yerdə istirahət etməyəcəyini qeyd edib.

Facebook Comments