Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.
Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Todan kəndində keçirilən toy mərasimində baş verib.
1988-ci il təvəllüdlü Məmmədov Kərəm Rasim oğlu toy mərasimi zamanı düşən mübahisə zamanı kürək və qabırğa nahiyəsindən bıçaq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. R.Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Facebook Comments