43 yaşında karyerasını bitirdi

Macarıstan millisinin sabiq qapıçısı Qabor Kiray karyerasını başa vurub.

Sozcu.az xəbər verir ki, bu barədə qolkiperin son klubu olan “Haladaş”ın rəsmi saytı məlumat yayıb. Təcrübəli qapıçı 43 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, karyerası ərzində “Herta”, “Bernli”, “Kristal Pelas”, “Aston Villa” və “Fulhem” kimi komandalarda çıxış edən Kiray meydana idman şalvarı ilə çıxan qapıçı kimi diqqət çəkib.(Qol.az)

Facebook Comments