Türkiyədə yanmış evdə ərlə arvadın cəsədi tapıldı

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.

Sozcu.az-ın xəbərinə görə, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı və onun almaniyalı həyat yoldaşıdır.

Ölkənin səhiyyə naziri Fahrettin Koca Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında ölənlərin ümumi sayının 7 nəfərə çatdığını bildirib. O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.

Facebook Comments