Bu ölkəyə dəstək verməyə davam edəcəyik – Türkiyə XİN

Liviyada uzun müddətdir bağlı qalan Misrata-Sirte sahil yolunun ötən gün rəsmən açılmasını alqışlayırıq.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada qeyd olunub.

“Atəşkəsin davamlı olmasını təmin etmək, siyasi prosesi inkişaf etdirmək və qarşıdakı seçkilərə hazırlaşmaq üçün Liviya xalqına və Milli Birlik Hökumətinə dəstək verməyə davam edəcəyik”, – XİN-dən verilən açıqlamada qeyd olunub.

Facebook Comments