Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

Onların barəsində irəli sürülən “ictimai asayişi pozmaq” ittihamı sübuta yetirilməyib.

Milli-mədəni fəallar Aydın Zakiri və Vəhid Xavəndi Xiyav (Meşkin) şəhərinin İkinci Cinayət Məhkəməsinin 101-ci bölməsi tərəfindən “ictimai asayişi pozmaq” ittihamından bəraət qzanıblar.

Verilən qərara əsasən, konstitusiyanın 37-ci bəndi və Cinayət Prosessual Məcəlləsinin 4-cü maddəsinə uyğun olaraq məhkəmə hakimi hər iki fəalın barələrində irəli sürülmüş ittihamlardan bəraət aldıqlarını bildirib.

Aydın Zakiri və Vəhid Xavəndi 18 oktyabr 2020-ci ildə Güney Azərbaycan şəhərlərində Qarabağa dəstək və İran hökumətinin Ermənistana hərbi, texniki və lojistik yardımlarına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılmışdılar.

Qeyd edək ki, Qarabağın azad edilməsi uğrunda aparılan əməliyyatlar zamanı İran hökumətinin Ermənistana dəstək verməsi Güney Azərbaycanda etirazlarla qarşılanmışdı.

Etiraz aksiyalarında iştirak edən yüzlərlə güneylisaxlanılıb, döyülüb və həbs edilib.

Həbs olunanların bir çoxunun məhkəmə prosesi bu gündə davam etməkdədir.

Facebook Comments