Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Sabunçu rayonu H.Əliyev prospektində Bakı şəhər sakini E.Nağıyevin idarə etdiyi “Mercedes” və Quba rayon sakini T.Şirinovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində E.Nağıyevin sərnişini Məzahir Xudaverdiyev xəstəxanaya aparılarkən yolda ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis tərəfindən araşdırma aparılır.

Facebook Comments