Paşinyandan TƏKLİF: “Rus əsgərləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirilsin“

“Azərbaycan üçtərəfli sazişləri gözdən salmağa çalışır”.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O, Rusiya sərhədçilərinin dayaq nöqtələrini Azərbaycanla bütün sərhəd boyu yerləşdirməyi təklif edib. “Mövcud vəziyyəti nəzərə alaraq, hesab edirəm ki, hərbi toqquşma riski olmadan sərhədin demarkasiyası və delimitasiyasına imkan verən Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca möhkəm nöqtələrinin yerləşdirilməsi məsələsinə baxmağın mənası var”.

Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti bu mövzunu rusiyalı vəzifədaşları ilə müzakirə etməyi planlaşdırır.

Facebook Comments