Sərhəddə atışma gedir, ermənilər Füzulidə meyit axtarır

Erməni axtarış qrupları bu gün Qarabağın döyüş gedən ərazilərində axtarışları davam etdirirlər.

Sozcu.az xəbər verir ki, axtarışlar əsasən Füzuli rayonu istiqamətində aparılır.

Bu vaxta qədər döyüş bölgələrindən tapılan erməni əsgər meyitlərinin sayı 1616-dır.

Qeyd edək ki, Ermənistan bu gün səhər saatlarından Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb. Nəticədə Azərbaycan Ordusunun iki əsgəri yaralanıb.

Ordumuzun cavab zərbəsi ilə 3 erməni əsgər məhv edilib, ikisi ağır yaralanıb.

Erməni Teleqram kanalları isə 5 erməni əsgərin məhv edildiyini yazıb.

Facebook Comments