Messi “Barselona” ilə məşq edə biləcək

“Barselona” Lionel Messi ilə yeni müqavilə imzalamasa da, o, komanda ilə məşq edə bilər.

Sozcu.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Messinin Kataloniya klubu ilə müqaviləsi ötən ayın 30-u başa çatsa da, “Barselona”nın onu yeni futbolçu kimi qeydiyyatdan keçirməsinə ehtiyac yoxdur. Əgər, klub 34 yaşlı hücumçu ilə yeni müqavilə imzalasa, qaydalara uyğun olaraq, İspaniya Kral Futbol Federasiyasına 1200 avro ödəməli olacaq.

Bundan əlavə, klub La Liqada çıxış edən futbolçu kimi Messinin özünə 54.692 avro pul ödəməli idi. Lakin hazırkı duruma əsasən, “Barselona” bu öhdəlikdən də azaddır.

Həmçinin, Messi yeni müqavilə imzalamasa da, komanda ilə məşq edə biləcək. Lakin klub onu sözləşmə bağlananadək sığortalamalı olacaq.

Facebook Comments